Əsas Səhifə > Ölkə idmanı > Kros qaçışı üzrə Azərbaycan çempionatı keçirilib
Kros qaçışı üzrə Azərbaycan çempionatı keçirilibBu gün, 17:31 |
![]() Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə kros qaçışı üzrə yaz ölkə çempionatı keçirilib. BrendSport.az xəbər verir ki, yarışda paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Bərdə, Gədəbəy, İsmayıllı, Astara, Şəmkir və Xızıdan olan 80-dən artıq atlet mübarizə aparıb. Kişilər arasında 10 km məsafəyə qaçışda Bərdə idmançısı Bəxtiyar Əsgərli ölkə çempionu adını qazanıb. 6 km məsafədə Gəncə təmsilçisi Sənan Bayramov, 3 və 2 km-də isə müvafiq olaraq Nihat Qəfərov və Royal Miraczadə qalib olublar. Qadınlar arasında 6 km məsafəyə qaçışda Anna Yusupova növbəti dəfə ölkə çempionu olub. 4 km-də Elina Yusupova, 2 km-də Nila Heydərova, 1 km-də isə Mədinə Qocayeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. ![]()
Geri qayıt |