Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Premyer Liqası: Tura 2 oyunla yekun vurulacaq
Azərbaycan Premyer Liqası: Tura 2 oyunla yekun vurulacaqBu gün, 11:06 |
![]() Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulacaq. BrendSport.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək. Günün ilk matçında "Qəbələ" öz meydanında "İmişli"ni qəbul edəcək. Görüş saat 15:30-da başlayacaq. Tur Tovuz şəhər stadionunda keçiriləcək "Turan Tovuz" - "Sumqayıt" matçı ilə başa çatacaq. Qarşılaşma saat 18:00-da start götürəcək. Qeyd edək ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Kəpəz"ə 4:1, "Neftçi" "Araz-Naxçıvan"a 2:1 hesabı ilə qalib gəlib, "Sabah" - "Zirə" (2:2) və "Şamaxı" - "Qarabağ" (0:0) oyunlarında isə qalib müəyyənləşməyib. Geri qayıt |