Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Premyer Liqası: “Neftçi” “Araz-Naxçıvan”ı qəbul edəcək
Azərbaycan Premyer Liqası: “Neftçi” “Araz-Naxçıvan”ı qəbul edəcəkBu gün, 11:29 |
![]() Bu gün futbol üzrə Misli Premyer Liqasının 27-ci turu çərçivəsində günün son qarşılaşması “Palms Sports Arena” stadionunda keçiriləcək. BrendSport.az xəbər verir ki, “Neftçi” “Araz-Naxçıvan”ı qəbul edəcək. Oyun saat 20:00-da başlayacaq. “Neftçi” 40 xalla turnir cədvəlinin beşinci pilləsində yer alıb. 39 xala malik “Araz-Naxçıvan” isə altıncıdır. Misli Premyer Liqası Dördüncü dövrə, 27-ci tur 11 aprel 20:00. “Neftçi” - “Araz-Naxçıvan” Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev VAR: Rauf Cabarov AVAR: Müslüm Əliyev Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Asif Əliyev “Palms Sports Arena” Qeyd edək ki, tura aprelin 12-də yekun vurulacaq. Geri qayıt |