Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan kuboku "Keşlə"nin oldu

Azərbaycan kuboku "Keşlə"nin oldu


28-05-2018, 21:59
Azərbaycan kuboku "Keşlə"nin oldu

Bu gün Azərbaycan kubokunun qalibi müəyyənləşib.

Qəbələdə keçirilən həlledici qarşılaşmada eyniadlı komanda ilə “Keşlə” üz-üzə gəlib. Matç Bakı klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Keşlə" tarixində ilk dəfə Azərbaycan kubokunun sahibi olub.

Beləliklə, 2018/19 mövsümündə Azərbaycanı Avropa kuboklarında təmsil edəcək sonuncu – dördüncü klub da müəyyənləşib.

Yeni mövsümdə Azərbaycanı Avropa kuboklarında “Qarabağ” (Çempionlar Liqası), “Keşlə”, “Qəbələ” və “Neftçi” (hamısı Avropa Liqası) təmsil edəcək. Bütün klublarımız mübarizəyə birinci mərhələdən başlayacaq.

28 may (bazar ertəsi)

Azərbaycan Kuboku

Final

20:00. “Keşlə” - “Qəbələ” - 1:0
Qol: Pərdis Fərcad-Azad, 71

Geri qayıt