Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Premyer Liqasında XXVII tur 1 oyunla start götürür
Azərbaycan Premyer Liqasında XXVII tur 1 oyunla start götürürBu gün, 10:28 |
![]() Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura bir oyunla start veriləcək. BrendSport.az xəbər verir ki, günün yeganə matçı Yevlaxda keçiriləcək. “Kəpəz” çempionatın autsayderi “Karvan-Yevlax”ın qonağı olacaq. Qarşılaşma saat 15:30-da start götürəcək. Turnir cədvəlində Gəncə təmsilçisi 21 xalla 10-cu, Yevlax klubu isə 8 xalla sonuncu – 12-ci pillədə yer alıb. Qeyd edək ki, XXVII turun digər oyunları aprelin 11-12-də keçiriləcək. Geri qayıt |