Əsas Səhifə > Ölkə idmanı > Basketbol Liqasında kritik mərhələ: 1/4 final oyunlarının təqvimi açıqlandı
Basketbol Liqasında kritik mərhələ: 1/4 final oyunlarının təqvimi açıqlandıBu gün, 15:39 |
![]() Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin 1/4 final görüşlərinin təqvimi açıqlanıb. BrendSport.az xəbər verir ki, 13 apreldə saat 17:00-da “Neftçi” - NTD, saat 20:00-da isə “Ordu” - “Gəncə” qarşılaşmaları baş tutacaq. 14 apreldə saat 17:00-da “Abşeron Lions” - “Şəki”, saat 20:00-da isə “Sabah” - “Naxçıvan” oyunu keçiriləcək. Cavab matçları 16-17 aprel tarixlərinə təsadüf edəcək. 16 apreldə saat 14:00-da “Gəncə” - “Ordu”, saat 19:00-da NTD - “Neftçi” görüşləri oynanılacaq. 17 apreldə saat 14:00-da “Şəki” - “Abşeron Lions”, saat 19:00-da isə “Naxçıvan” - “Sabah” matçı keçiriləcək. Qeyd edək ki, komandalar yarımfinala vəsiqə uğrunda mübarizə aparacaqlar. Geri qayıt |