Əsas Səhifə > Ölkə idmanı > Futzal millimizin təlim-məşq toplanışına başlayıb
Futzal millimizin təlim-məşq toplanışına başlayıbDünən, 23:17 |
![]() Azərbaycan millisi bu gün təlim-məşq toplanışına başlayıb. BrendSport.az xəbər verir ki, yığma üzvləri səhər və axşam olmaqla, günü iki məşqlə başa vurublar. Komanda aprelin 7-dək hazırlığı Bakıda davam etdirəcək. Heyətə dəvət olunan futzalçılardan Ülvi Əliyevin yüngül zədəsi var. Bu gün fərdi məşq edən futzalçı sabahdan kollektiv çalışmalara qoşulacaq. Qeyd edək ki, millimiz aprelin 8-də Tbilisiyə səfər edəcək, ertəsi gün və ayın 11-də Gürcüstan yığması ilə iki oyun keçirəcək. Geri qayıt |