Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Premyer Liqası: “Neftçi”nin çətin “Sumqayıt” sınağı
Azərbaycan Premyer Liqası: “Neftçi”nin çətin “Sumqayıt” sınağıBu gün, 10:50 |
![]() Bu gün futbol üzrə Misli Premyer Liqasının 26-cu turunun ikinci oyununda “Sumqayıt” və “Neftçi”ni qəbul edəcək. BrendSport.az xəbər verir ki, saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq Kamal Umudlu idarə edəcək. “Sumqayıt” 32 xalla turnir cədvəlində yeddincidir. 37 xala malik “Neftçi” isə rəqibindən bir pillə öndədir. "Ağ-qaralar"a beşinci pilləyə yüksəlmək üçün mütləq qələbə lazımdır. Misli Premyer Liqası Üçüncü Dövrə, 26-ci tur 5 aprel 18:00. “Sumqayıt” - “Neftçi” Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Əli Əliyev. VAR: Rəvan Həmzəzadə. AVAR: Cəmil Quliyev. Hakim-inspektor: Şahin Cəfərov. AFFA nümayəndəsi: Seymur Səlimli. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu Geri qayıt |