Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində növbəti iki oyun baş tutacaq

Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində növbəti iki oyun baş tutacaq


Bu gün, 11:00


Bu gün Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha iki oyunu baş tutacaq.

BrendSport.az
xəbər verir ki, oyun gününə “Gəncə” ilə “Lənkəran” arasında keçiriləcək qarşılaşma ilə start veriləcək.

Görüş Gəncə Olimpiya İdman Kompleksində saat 14:00-da başlayacaq.

Günün son matçında isə NTD “Sumqayıt”la qarşılaşacaq. Bu görüş Bakı İdman Sarayında saat 16:00-da start götürəcək.

Qeyd edək ki, ötən gün baş tutan matçlarda “Naxçıvan” “Sərhədçi”ni (98:87), “Şəki” “Quba”nı (101:89) üstələyib. Komandalar arasında ikinci oyunlar aprelin 6-7-də keçiriləcək.
Geri qayıt