Əsas Səhifə > Ölkə idmanı > Azərbaycanda parabadmintonun inkişafı istiqamətində yeni əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycanda parabadmintonun inkişafı istiqamətində yeni əməkdaşlıq memorandumu imzalanıbBu gün, 16:30 |
![]() Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (MPK) və Azərbaycan Badminton Federasiyası (ABF) parabadmintonun inkişafı üçün əməkdaşlığı genişləndirirlər BrendSport.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (MPK) məlumat yayıb. Komitə ilə federasiya arasında Əməkdaşlıq Haqqında Anlaşma Memorandumu imzalanıb. Hər iki qurum rəsmiləri arasında bununla bağlı görüş keçirilib. Görüş zamanı parabadminton üzrə əldə olunan uğurların davam etdirilməsi və bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilib. Memoranduma əsasən, tərəflər ölkədə parabadmintonun inkişafı, əlilliyi olan şəxslərin bu idman növünə cəlb olunması, kütləviliyin artırılması və birgə layihələrin həyata keçirilməsi istiqamətində qarşılıqlı fəaliyyət göstərəcəklər. Memorandumu komitənin baş katibi Toğrul Rəhimov və federasiyanın baş katibi Əjdər Cəfərov imzalayıblar. Geri qayıt |