Əsas Səhifə > Ölkə idmanı > “Qarabağ” – “Sabah” oyunu öncəsi xüsusi sosial aksiya təşkil edilib

“Qarabağ” – “Sabah” oyunu öncəsi xüsusi sosial aksiya təşkil edilib


Bu gün, 20:18


Bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Sabah” qarşılaşması öncəsi xüsusi sosial aksiya təşkil olunub.

BrendSport.az
xəbər verir ki, Ümumdünya Autizm Məlumatlandırma Günü münasibətilə “Qarabağ” Futbol Klubunun və Autizm Assosiasiyasının təşkilatçılığı ilə stadionda autizm spektrində olan uşaqlarla bağlı fərqindəlik təşəbbüsü həyata keçirilib. Bu aksiyanın məqsədi cəmiyyətdə anlayışın, qarşılıqlı hörmətin və inklüzivliyin təşviqinə töhfə vermək idi.

Autizmin bir fərqlilik olduğu və bu fərqliliyin cəmiyyətimizin zənginliyi sayıldığı bir daha vurğulanıb. Autizmli uşaqların hər birimiz kimi diqqətə, anlayışa və dəstəyə layiq olduqları qeyd edilib.
Geri qayıt