Əsas Səhifə > Ölkə idmanı > Yeniyetmə taekvondoçular arasında ölkə birinciliyi keçiriləcək
Yeniyetmə taekvondoçular arasında ölkə birinciliyi keçiriləcəkBu gün, 14:14 |
![]() 28-30 aprel tarixlərində Azərbaycanda yeniyetmələr arasında taekvondo üzrə ölkə birinciliyi təşkil olunacaq. BrendSport.az xəbər verir ki, yarış Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda keçiriləcək. Turnirdə müxtəlif klub və idman cəmiyyətlərini təmsil edən idmançılar tatami üzərinə çıxaraq çempionluq uğrunda mübarizə aparacaqlar. Görüşlər Azərbaycan Taekvondo Federasiyasının rəsmi “YouTube” kanalı vasitəsilə canlı yayımlanacaq. Azarkeşlər yeniyetmə taekvondoçuların mübarizəsini arenada da izləyə biləcəklər. Yarışa giriş sərbəstdir. Geri qayıt |