Əsas Səhifə > Ölkə idmanı > Alpaqutçular Cümhuriyyətin 100 illiyi münasibətilə toplandı
Alpaqutçular Cümhuriyyətin 100 illiyi münasibətilə toplandı28-05-2018, 16:42 |
Azərbaycan Alpaqut Federasiyasının rəhbərliyi və idmançılar "İstiqlal bəyənnəməsi" abidəsini önündə tədbir keçirtdi. BrendSport.az saytı xəbər verir ki, tədbirdə Federasiyanin Struktur Heyəti, məşqçilər, müəllimlər, uşaq, yeniyetmə və gənc alpaqutçular iştirak ediblər. Tədbiri AAF prezidenti Qüdrət Nuruyev açaraq, alpaqutçuları Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə təbrik etdi. Sonra Xalq Cümhuriyyətindən bizlərə miras qalmış dövlət himnimiz oxundu. Qüdrət Nuruyev çıxışına davam etdirərək, bildirdi: “ Şərqdə ilk demokrativ, dünyavi dövlətin qurulmasının 100 illik yubiley tədbirlərində iştirak etmək olduqca qürurverici haldır və bu sizləri gələcəkdə yeni qələbələrə ruhlandıracaq. İdman arenalarında 100 yaşı olan bayrağımızın dalğalandirilması, himnimizin səsləndirilməsi sizin hər birinizin ən ümdə vəzifəniz olmalıdir. Biz Məhəmməd Əmin bəy Rəsulzadə başda olmaqla bütün Cümhuriyyət qurucularının, bu gün əzəmətlə dalğalanan bayrağımızı, dünyanın idman arenalarında səslənən himnimizi bizlərə miras qoyan dahilərimizin ölməz ruhları qarşısında baş əyirik. Nə qədər ki, müstəqil Azərbaycan var, nə qədər ki, vətənpərvər gənclik var dövlətçilik ideyalarımız yaşayacaq və gələcək nəsillərə ötürüləcək. Bu gün bayrağımızın dünya miqyasında qürurla dalğalanması, müstəqilliyimizin 70 illik fasilədən sonra yenidən bərpa olunması və möhkəmləndirilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin nəticəsidir. Buna görə bizlər Heydər Əliyevin ruhu qarşısında daima borcluyuq. Sevindirici haldirki bu gün müstəqil Azərbaycan dövləti regionun ən inkışaf etmiş ölkəsidir. Bayğarımız dünyanın həm siyasi, həm də idman arenalarında dalğalanir, himnimiz səslənlədirilir. Təsadüfü deyil ki, Azərbaycan bu gün idman ölkəsi kimi tanınır. Bütün bunlar Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir. Nə xoş bizlərəki, 100 yaşlı Azərbaycan dövlətinin vətəndaşıyiq.” Sonra Azərbaycan Alpaqut Federasiyasının rəsmi şəxsləri Rafiq Qasımov, Elşən Məmmədov və Etibar Toğrul Xalq Cümhuriyyətinin qısa və şərəfli ömür yolu barədə çıxışlar etdilər. Daha sonra tədbir, yürüş şəklində davam etdirildi. Yürüş iştirakçıları çapan geyimində, əllərində dövlət bayrağı “Qoşa Qala” qapısını keçməklə, “Qız Qalası”nın önünə gəldilər. Tədbir xatirə şəkli çəkdirməklə yekunlaşdı. Geri qayıt |