Əsas Səhifə > Ölkə idmanı > Qadın və yeniyetmə məhkumlar badminton yarışında mübarizə aparıblar

Qadın və yeniyetmə məhkumlar badminton yarışında mübarizə aparıblar


Bu gün, 12:42


Qadın və yeniyetmə məhkumlar üçün badminton yarışları təşkil edilib.

BrendSport.az
xəbər verir ki, məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi, sosial adaptasiya və reinteqrasiya istiqamətində fəaliyyətin səmərəli təşkili, onların bilik və bacarıqlarının artırılması, təhsil, sağlamlıq və tərbiyə prosesinin təkmilləşdirilməsi məqsədilə dövlət qurumları və qeyri-hökümət təşkilatları ilə mütəmadi olaraq uğurlu əməkdaşlıq həyata keçirilir.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Azərbaycan Badminton Federasiyasının birgə əməkdaşlığı çərçivəsində 4 saylı cəzaçəkmə müəssisəsi və yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə növbəti dəfə badminton yarışları təşkil edilib.

“İdman həyatdır” devizi altında keçirilən yarışlarda qadın və yeniyetmə məhkumlar birincilik uğrunda mübarizə aparıblar.

Qaliblər diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.


Geri qayıt