Əsas Səhifə > Ölkə idmanı > Bakıda bu il daha bir dünya çempionatı keçiriləcək
Bakıda bu il daha bir dünya çempionatı keçiriləcəkBu gün, 11:27 |
![]() Azərbaycan bu yay daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək. BrendSport.az xəbər verir ki, avqustun 27-dən 29-dək Bakıda çimərlik güləşi üzrə 2 beynəlxalq turnir keçiriləcək. Avqustun 27-də paytaxtımızda U-17 dünya çempionatı baş tutacaq. Növbəti 2 gündə isə böyüklər arasında Dünya Seriyasının IV mərhələsi təşkil ediləcək. Hər iki yarış ölkəmizdə ilk dəfə keçiriləcək. Xatırladaq ki, Bakı iyulun 27-dən avqustun 2-dək sərbəst, qadın və yunan-Roma güləşi üzrə U-17 dünya çempionatına da ev sahibliyi edəcək. Geri qayıt |