Əsas Səhifə > Ölkə idmanı > Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına yekun vurulub

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına yekun vurulub


Bu gün, 16:11


Son yarış günü daha 3 çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib.

BrendSport.az
xəbər verir ki, Qasım İsmayılov 79 kq çəki dərəcəsində toplamda 291 kq (126 kq+165 kq) nəticə ilə birinci olub.

Akif Abdullayev 88 kq çəki dərəcəsində toplamda 321 kq (146 kq+175 kq) nəticə ilə qızıl medala layiq görülüb.

Məmməd Əhmədzadə 94 kq çəki dərəcəsində toplamda 296 kq (135 kq + 165 kq) nəticə ilə qələbəni bayram edib.




Geri qayıt