Əsas Səhifə > Ölkə idmanı > Badminton üzrə inklüziv idman yarışı
Badminton üzrə inklüziv idman yarışıBu gün, 16:25 |
![]() Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə oğlanlar və qızlar arasında badminton üzrə hazırlıq və yoxlama yarışı keçirilib. BrendSport.az xəbər verir ki, tədbirdə qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, xüsusi və yardımçı internat məktəblərinin, eləcə də autizm və Daun sindromu mərkəzləri və təşkilatlarının nümayəndələri iştirak ediblər. Turnirdə ümumilikdə 50-yə yaxın idmançı mübarizə aparıb. Qalib gələn iştirakçılar medal, diplom və hədiyyələrlə təltif olunublar. Tədbir iştirakçıların bacarıqlarının artırılmasına və inklüziv idmanın təşviqinə xidmət edib. ![]() ![]() ![]()
Geri qayıt |