Əsas Səhifə > Ölkə idmanı > Voleybol üzrə Azərbaycan çempionatlarında pley-off mərhələsinin tarixi bəlli olub
Voleybol üzrə Azərbaycan çempionatlarında pley-off mərhələsinin tarixi bəlli olubBu gün, 15:15 |
![]() Voleybol üzrə kişilər və qadınlar arasında Yüksək Liqada pley-off mərhələsinin tarixi bəlli olub. BrendSport.az xəbər verir ki, qadın komandaları martın 27-də, kişi komandaları isə aprelin 6-da oyunlara start verəcəklər. Bürünc medal uğrunda görüşlər və final qarşılaşmaları aprelin 18-19-da keçiriləcək. Qeyd edək ki, pley-off və yarımfinal matçları 2 oyundan (ev-səfər) ibarət olacaq. İki görüşün nəticəsində komandaların qələbələri bərabər olarsa, qızıl set oynanılacaq. Bürünc və qızıl medal uğrunda isə bir qarşılaşma olacaq. Geri qayıt |