Əsas Səhifə > Ölkə idmanı > “Qəbələ” ilə oyun “Sabah” üçün yubileylərlə yadda qalıb
“Qəbələ” ilə oyun “Sabah” üçün yubileylərlə yadda qalıbBu gün, 11:18 |
![]() “Sabah” Premyer Liqada 100-cü qələbəsini qazanıb. BrendSport.az xəbər verir ki, bu, “Qəbələ” ilə ev oyununa təsadüf edib. Bakı klubu Misli Premyer Liqasının XXIII turunda 7:1 hesabı ilə qalib gəlib. 2018/2019-cu illər mövsümündən Premyer Liqada çıxış edən “Sabah” 235-ci matçında 100-ə çatıb. Bu qələbələrdən 52-si evdə, 48-i səfərdə əldə olunub. Paytaxt təmsilçisi turnirin tarixində 100 və daha çox oyunda qalib gələn 14-cü komandadır. Xatırladaq ki, “Sabah” ilk qələbəsini 2018-ci il avqustun 12-də həmin vaxt “Keşlə” adlanan indiki “Şamaxı” üzərində qazanıb – 1:0. Bakı klubunun futbolçusu Coy Lens Mikels isə “Qəbələ” ilə görüşdə Premyer Liqadakı 50-ci qolunu vurub. Dubla imza atan almaniyalı hücumçu qol sayını 50-yə çatdırıb. Azərbaycanda yalnız “Sabah”da forma geyinən Mikels 50-ci qolunu 102-ci oyununda vurub. O, turnirin tarixində 50 və daha çox qola imza atan 44-cü futbolçudur. Coy Lensə qədər Abdullah Zubir və Emin Mahmudov da bu siyahıya cari mövsüm daxil olub. Almaniyalı futbolçu 2021/2022-ci illər mövsümündə 11, növbəti çempionatda 17, 2023/2024-cü illər mövsümündə 1, ötən turnirdə 9 dəfə fərqlənib. O, cari mövsümdə 12-ci dəfə rəqib qapılarına yol tapıb. Geri qayıt |