Əsas Səhifə > Ölkə idmanı > Stolüstü tennis üzrə ölkə çempionatının qalibləri məlum olub
Stolüstü tennis üzrə ölkə çempionatının qalibləri məlum olubDünən, 16:29 |
![]() Stolüstü tennis üzrə ölkə çempionatı başa çatıb. BrendSport.az xəbər verir ki, “Şüa İdman Kompleksi”ndə təşkil olunan yarışın son günündə həlledici oyunlar keçirilib. Kişilərin şəxsi yarışlarının final görüşündə Rüstəm Hacılıya qalib gələn Onur Quluzadə baş mükafata layiq görülüb. Xəyal Həşimli ilə Adil Əhmədzadə üçüncü olub. Qadınlar arasında ölkə çempionu adını finalda Aylin Əsgərovanı məğlub edən Mərziyyə Nurmətova qazanıb. Kişilərin qoşa yarışı Onur Quluzadə ilə Nihad Məmmədovun qələbəsi ilə nəticələnib. Hilal Həsənovla Vəzir Allahverdiyev fəxri kürsünün ikinci pilləsinə qalxıblar. Xəyal Həşimli ilə Əliverdi Şahgəldiyev, Rüstəm Hacılı ilə Adil Əhmədzadə üçüncü yeri tutublar. Qadınlar arasında Aylin Əsgərova ilə Mərziyyə Nurmətova qələbə qazanıblar. Xədicə Əbilzadə ilə Arzu Aslanova ikinci yeri tutublar. Məryəm İmanova - Yağmur Məmmədli və Ləman Abdulhəmidova - Zemfira Mikayılova tandemi üçüncü olub. Qarışıq qoşa növündə Adil Əhmədzadə - Mərziyyə Nurmətova cütü baş mükafata sahib çıxıb. Onlar finalda Hilal Həsənov - Səbinə Məmmədova tandeminə qalib gəliblər. Elşən Hüseynovla Nigar Mahmudova, Onur Quluzadə ilə Yağmur Məmmədli üçüncü pillədə qərarlaşıblar. Xatırladaq ki, komanda yarışlarında kişilərin mübarizəsi “Bakı-1” kollektivinin qələbəsi ilə başa çatıb. “Bakı-2” ikinci, “Bakı-3” və “Şabran” komandası üçüncü yeri tutub. Qadınların yarışında “Sumqayıt-1” qalib gəlib. “Bakı-1” komandası ikinci yeri tutub. “Bakı-2” və “Sumqayıt-2” üçüncü pillədə qərarlaşıb. Fərqlənən idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunub.
Geri qayıt |