Əsas Səhifə > Ölkə idmanı > Naxçıvan idmançısı növbəti dəfə Azərbaycan çempionu olub

Naxçıvan idmançısı növbəti dəfə Azərbaycan çempionu olub


Bu gün, 15:17


Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzində pauerliftinq və benç press üzrə Azərbaycan çempionatı keçirilib.

BrendSport.az
xəbər verir ki, yarışa Naxçıvandan qatılan idmançı Əli Əsgərov uğurlu nəticəyə nail olub. O, 93 kiloqram çəki dərəcəsində çıxış edib və 190 kiloqram ağırlığa tab gətirib. Bu göstərici ilə növbəti dəfə Azərbaycan çempionu olan Əli Əsgərova, eyni zamanda, muxtar respublikada pauerliftinq idman növünün inkişafında göstərdiyi xidmətlərə görə təşəkkürnamə təqdim olunub.

Qeyd edək ki, Əli Əsgərov Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşıdır. O, güc idman növləri üzrə (benç press) dünya, Avropa, Avrasiya, Azərbaycan çempionluğu və bir çox ölkə və dünya səviyyəli yarışların qalib və mükafatçısıdır.

AZƏRTAC
Geri qayıt