Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Kubokunda bu gün daha bir yarımfinalçı bəlli olacaq
Azərbaycan Kubokunda bu gün daha bir yarımfinalçı bəlli olacaqBu gün, 10:43 |
![]() Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu keçiriləcək. BrendSport.az xəbər verir ki, "Qarabağ" öz meydanında "Şamaxı"nı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 19:00-da start götürəcək. Komandalar arasında Şamaxıda keçirilmiş ilk matçda meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib. Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab görüşləri martın 5-də reallaşacaq. Kubokun ilk yarımfinalçısı “Zirə” olub. Geri qayıt |