Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Kuboku: “Zirə” yarımfinalda

Azərbaycan Kuboku: “Zirə” yarımfinalda


Dünən, 22:13


Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçlarına start verilib.

BrendSport.az
xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Günün yeganə görüşündə “Zirə” öz meydanında “Sumqayıt”la üz-üzə gəlib. Zirə İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib. Bununla da “qartallar” növbəti raunda vəsiqə qazanıb.

Komandalar arasında Sumqayıtda keçirilmiş ilk oyunda qapılara qol vurulmayıb – 0:0.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab görüşləri martın 4-5-də reallaşacaq.
Geri qayıt