Əsas Səhifə > Ölkə idmanı > Misli Premyer Liqası: "Turan Tovuz" xal itirib

Misli Premyer Liqası: "Turan Tovuz" xal itirib


Dünən, 20:17


Misli Premyer Liqasında XXII turun növbəti oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki, "Turan Tovuz" "Azərsun Arena"da "İmişli"ni sınağa çəkib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.

"Turan Tovuz" 41 xalla 3-cü, 21 xallı "İmişli" isə 9-cu yerdədir.

Qeyd edək ki, turun daha əvvəl reallaşan qarşılaşmalarında "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib. "Neftçi" - "Şamaxı" (2:2) və "Qəbələ" - "Karvan-Yevlax" (1:1) oyunları isə heç-heçə ilə başa çatıb.
Geri qayıt