Əsas Səhifə > Ölkə idmanı > Misli Premyer Liqası: Bu gün “Qarabağ” “Sabah”la üz-üzə gələcək

Misli Premyer Liqası: Bu gün “Qarabağ” “Sabah”la üz-üzə gələcək


Bu gün, 15:07


Bu gün Misli Premyer Liqasında XXII tura yekun vurulacaq.

BrendSport.az
xəbər verir ki, turun son oyun günündə iki görüş keçiriləcək.

Günün ilk oyununda "Turan Tovuz" "Azərsun Arena"da "İmişli"ni sınağa çəkəcək. "Turan Tovuz" 40 xalla 3-cü, 20 xallı "İmişli" isə 9-cu yerdədir.

Turun mərkəzi matçında "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"ı qəbul edəcək. Qonaqlar 52 xalla liderdir. Ağdam klubu isə 45 ikinci pillədədir.

Qeyd edək ki, turun daha əvvəl reallaşan qarşılaşmalarında

"Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib. "Neftçi" - "Şamaxı" (2:2) və "Qəbələ" - "Karvan-Yevlax" (1:1) oyunları isə heç-heçə ilə başa çatıb.
Geri qayıt