Əsas Səhifə > Ölkə idmanı > “Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib


Bu gün, 17:00


Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.

BrendSport.az
xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan idmançılarının da ilk rəqibləri müəyyənləşib.

Dünya Cüdo Turuna daxil olan yarışda ölkəmiz 12 çəki dərəcəsində 18 cüdoçu ilə (12 kişi, 6 qadın) təmsil olunacaq. Turnirdə 39 ölkədən 370 idmançı mübarizə aparacaq.

“Böyük Dəbilqə”

Kişilər

60 kiloqram, 1/16 final

Əhməd Yusifov – Samariddin Kuçkarov (Özbəkistan)

Balabəy Ağayev – Baxrom Boturov (Özbəkistan)

66 kiloqram, 1/16 final

Nizami İmranov – Minhao Canq (Çin)

Turan Bayramov – Matan Kokolayev (İsrail)

73 kiloqram, 1/32 final

Kamran Süleymanov – Şusuke Uçimura (Yaponiya)

73 kiloqram, 1/16 final

Hidayət Heydərov – Arun Kumar (Hindistan)

81 kiloqram, 1/16 final

Ömər Rəcəbli – Adrian Sulka (Rumıniya)

90 kiloqram, 1/16 final

Murad Fətiyev – Vlad Vişan (Rumıniya)

100 kiloqram, 1/16 final

Əjdər Bağırov – Ernazar Sarsenbayev (Özbəkistan)

100 kiloqram, 1/8 final

Zelim Kotsoyev – Tornike Poladişvili (Gürcüstan) / Baxtovar Boboxonov (Tacikistan)

+100 kiloqram, 1/8 final

Camal Qamzatxanov – Ritik Kumar (Hindistan)

Kənan Nəsibov – Gela Zaalişvili (Gürcüstan) / İslombek Ravşankulov (Özbəkistan)

Qadınlar

48 kiloqram, 1/16 final

Könül Əliyeva – Sevinç Murodova (Özbəkistan)

Şəfəq Həmidova – Venna Cuanq (Çin)

52 kiloqram, 1/16 final

Leyla Əliyeva – Liliya Nuqayeva (Rusiya)

63 kiloqram, 1/16 final

Fidan Əlizadə – Sevinç İsokova (Özbəkistan)

70 kiloqram, 1/16 final

Südabə Ağayeva – Kamila Badurova (Rusiya)

+78 kiloqram, 1/16 final

Madina Kaisinova – Umida Niqmatova (Özbəkistan).

Qeyd edək ki, turnir fevralın 27-dən martın 1-dək təşkil olunacaq.
Geri qayıt