Əsas Səhifə > Ölkə idmanı > Yeniyetmə cüdoçular sağlam qidalanma barədə maarifləndirilib

Yeniyetmə cüdoçular sağlam qidalanma barədə maarifləndirilib


Bu gün, 16:27


Yeniyetmə qızlardan ibarət milli komandanın üzvləri üçün sağlam qidalanma və performans mövzusunda maarifləndirici seminar keçirilib.

BrendSport.az
xəbər verir ki, ACF-nin tədris proqramı çərçivəsində təşkil olunan seminar gənc cüdoçuların inkişafında düzgün qidalanmanın roluna həsr edilib. Təlim zamanı yeniyetmə yaş dövründə qidalanmanın niyə kritik olduğu, enerji səviyyəsi, diqqət və bərpa proseslərinə təsiri, karbohidratların düzgün istifadəsi, hidratasiya və bərpa pəncərəsinin əhəmiyyəti sadə və praktik nümunələrlə izah edilib.

Beynəlxalq turnir təcrübələrindən real nümunələr təqdim olunub, səhv qidalanma və plansız çəkisalmanın performansa mənfi təsirləri vurğulanıb.
Geri qayıt