Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqa: “Sabah” səfərdə “Qəbələ”ni məğlub edib
Premyer Liqa: “Sabah” səfərdə “Qəbələ”ni məğlub edibDünən, 20:09 |
![]() Futbol üzrə Misli Premyer Liqasında XX tura yekun vurulub. BrendSport.az xəbər verir ki, bağlanış oyununda “Qəbələ” öz meydanında “Sabah”ı qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 54-cü dəqiqədə Xəyal Əliyev vurub. Bu nəticədən sonra xallarını 49-a çatdıran Bakı klubu turnir cədvəlinə başçılıq edir. 14 xalı olan “qırmızı-qaralar” isə 10-cu sırada qərarlaşıb. Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “İmişli”yə, “Zirə” “Karvan-Yevlax”a, “Araz-Naxçıvan” “Sumqayıt”a 1:0, “Neftçi” isə “Kəpəz”ə 3:1 hesabı ilə qalib gəlib. “Şamaxı” – “Turan Tovuz” matçında isə qapılara qol vurulmayıb – 0:0. Geri qayıt |