Əsas Səhifə > Ölkə idmanı > Bu gün şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsi başlayır.
Bu gün şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsi başlayır.Bu gün, 13:15 |
![]() Kişi şahmatçıların yarışında Əhməd Əhmədzadə Şəhriyar Məmmədyarovla, Eltac Səfərli Məhəmməd Muradlı ilə, Nicat Abasov Aydın Süleymanlıyla, Rauf Məmmədov isə Read Səmədovla mübarizə aparacaq. BrendSport.az xəbər verir ki,qadınların yarışında Səbinə İbrahimova - Ülviyyə Fətəliyeva, Xanım Balacayeva-Gülnar Məmmədova, Nərmin Abdinova-Türkan Məmmədyarova, Günay Məmmədzadə-Ayan Allahverdiyeva partiyaları oynanılacaq. Yarış saat 15-00-da başlayır. Qeyd edək ki, şahmatçılar bir-biriləriylə iki oyun keçirəcək. Qalib müəyyənləşmə yarımfinala vəsiqənin sahibi tay-brekdə məlum olacaq.
Geri qayıt |