Əsas Səhifə > Ölkə idmanı > “Sumqayıt” yeni transferini açıqlayıb

“Sumqayıt” yeni transferini açıqlayıb


Bu gün, 18:02


“Sumqayıt” mövsümün ikinci yarısı üçün növbəti futbolçu keçidini reallaşdırıb.

BrendSport.az
xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi son olaraq Slovakiyanın “Spartak” (Trnava) klubunda çıxış etmiş hücumçu Sedrik Badolonu heyətinə qatıb. Burkina Faso millisinin 28 yaşlı üzvü ilə 1,5+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Sedrik Badolo karyerası ərzində “Spartak”la yanaşı, vətənində “Salitas”, Moldovada “Şerif”, Slovakiyada “Poqroniye” kimi klublarda çıxış edib. O, Burkina Faso millisinin heyətində 30 oyun keçirib.
Geri qayıt