Əsas Səhifə > Ölkə idmanı > Şahmat üzrə Azərbaycan çempionatında 1/8 finalın ilk partiyaları keçirilib

Şahmat üzrə Azərbaycan çempionatında 1/8 finalın ilk partiyaları keçirilib


Bu gün, 12:31


Şahmat üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsinin ilk partiyaları keçirilib.

BrendSport.az
xəbər verir ki, turnirin reytinq favoriti Şəhriyar Məmməyarov Murad İbrahimli ilə, ötən ilki çempion Rauf Məmmədov isə Şiroğlan Talıbovla heç-heçə oynayıb. Eltac Səfərli Kamal Ağasiyevi, Aydın Süleymanlı Rəhim Qasımovu, Məhəmməd Muradlı Rəvan Əliyevi, Read Səmədov Paşam Əlizadəni, Əhməd Əhmədzadə isə Vüqar Rəsulovu məğlub edib. Nicat Abasov ilk partiyada Xaqan Əhmədə uduzub.

Qadın şahmatçıların yarışında bütün oyunlar məhsuldar alınıb. Ötən ilin çempionu Günay Məmmədzadə Nərmin Kazımovanı, Avropa çempionu Ülviyyə Fətəliyeva isə Zəhra Allahverdini məğlub edib. Digər görüşlərdə Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Ayan Allahverdiyeva və Səbinə İbrahimova qələbə qazanıb.

Bu gün 1/8 finalın cavab partiyaları oynanılacaq. Azərbaycan çempionatında yarışlar hər gün saat 15:00-da başlayır.





Geri qayıt