Əsas Səhifə > Ölkə idmanı > “Şamaxı”-“Qarabağ” matçının başlama saatı dəyişdirilib

“Şamaxı”-“Qarabağ” matçının başlama saatı dəyişdirilib


Dünən, 15:22


Misli Premyer Liqasının XIX turu çərçivəsində bu gün keçirilməli olan “Şamaxı”-“Qarabağ” oyununun başlama saatı əlverişsiz hava şəraiti səbəbindən dəyişdirilib.

BrendSport.az
xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi saat 14:30-da deyil, 14:50-də start götürəcək.

Qeyd edək ki, hazırda Şamaxı şəhər stadionunun ot örtüyünün qardan təmizlənməsi prosesi davam edir.
Geri qayıt