Əsas Səhifə > Ölkə idmanı > “Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olubDünən, 18:42 |
![]() Fransanın paytaxtı Parisdə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib. BrendSport.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib. Kişilər 60 kiloqram, 1/16 final Balabəy Ağayev – Kim Hvasu (Koreya) / Fransisko Qarriqos (İspaniya) cütünün qalibi 66 kiloqram, 1/16 final Nazir Talıbov – Migel Qaqo (Portuqaliya) / Erbol Abasbekov (Qırğızıstan) cütünün qalibi Ruslan Paşayev – Yusuf Nurkoviç (Monteneqro) / Bence Ponqrats (Macarıstan) cütünün qalibi 81 kiloqram, 1/16 final Zelim Tçkayev – Vanq Cian-nan (Çin) / Lova Mahaisoa Randrianasolo (Madaqaskar) cütünün qalibi Vüsal Qələndərzadə – Saşa Jiqli (Fransa) / Mixaylo Svidrak (Ukrayna) cütünün qalibi 100 kiloqram, 1/16 final Əjdər Bağırov – Denis Sedrik Nquyassa Bekai (Mərkəzi Afrika Respublikası) +100 kiloqram, 1/16 final Uşanqi Kokauri – Marvin Belz (Almaniya) Kənan Nəsibov – Ştefan Heqi (Avstriya) Qeyd edək ki, Dünya Cüdo Turu seriyasına daxil olan ilin ilk yarışı fevralın 7-də start götürəcək. 3 gün davam edəcək turnirdə Azərbaycan 5 çəki dərəcəsində 8 idmançı ilə təmsil olunacaq. Təsnifat mərhələsinin görüşləri Bakı vaxtı ilə saat 11:00-da, final bloku isə 20:00-da başlayacaq. Geri qayıt |