Əsas Səhifə > Ölkə idmanı > Güləş üzrə Azərbaycan çempionatında daha 4 çəkidə finalçılar müəyyənləşib

Güləş üzrə Azərbaycan çempionatında daha 4 çəkidə finalçılar müəyyənləşib


Bu gün, 18:27


Yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatı davam edir.

BrendSport.az
xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən yarışın ikinci günündə yunan-Roma güləşi üzrə 5 çəkidə - 60, 67, 77, 87, 130 kiloqramda mübarizəyə start verilib. 4 çəkidə finalçılar müəyyənləşib. 87 kiloqramda isə görüşlər dairəvi sistem üzrə keçirilib. Bu çəkilərdə həlledici qarşılaşmalar sabah olacaq.

60 kiloqram

Maksut Cankurtaran (AHİTA) – Nihat Bəhmənov (UGİM-10)

67 kiloqram

Roman Kərimov (DİN) – Murad Əliyev (AHİTA)

77 kiloqram

Cavad Məmmədov (Neftçi) – Cavidan Nehmətov (AHİTA)

130 kiloqram

Museyi Kazim Hüseyn (DİN) – Əli Bayramov (Sumqayıt-Təhsil)
Geri qayıt