Əsas Səhifə > Ölkə idmanı > Misli Premyer Liqası: “Qəbələ” ardıcıl ikinci qələbəsini qazanıb
Misli Premyer Liqası: “Qəbələ” ardıcıl ikinci qələbəsini qazanıbBu gün, 19:04 |
![]() Futbol üzrə Misli Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib. BrendSport.az xəbər verir ki, “Qəbələ” öz meydanında “İmişli”ni qəbul edib. Qarşılaşma “qırmızı-qaralar”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komanda çempionatda ardıcıl ikinci qalibiyyətini qazanıb. Bu nəticədən sonra İmişli klubu 18 xalla 9-cu, Qəbələ təmsilçisi isə 14 xalla 10-cu sırada qərarlaşıb. Qeyd edək ki, XVIII turun açılış oyununda “Sumqayıt” səfərdə “Karvan-Yevlax”a 2 cavabsız qolla qalib gəlib. Tura fevralın 1-də yekun vurulacaq. Geri qayıt |