Əsas Səhifə > Ölkə idmanı > Gənc cüdoçulara yeni qaydalarla bağlı maarifləndirici seminar təşkil olunub
Gənc cüdoçulara yeni qaydalarla bağlı maarifləndirici seminar təşkil olunubBu gün, 12:44 |
![]() Gənc oğlanlardan ibarət yığma komandanın üzvləri üçün Beynəlxalq Cüdo Federasiyasının tətbiq etdiyi yeni qaydalarla bağlı maarifləndirici seminar təşkil olunub. BrendSport.az xəbər verir ki, seminar Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin sədri Natiq Bağırov və ACF-in hakimlər üzrə meneceri, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimlinin rəhbərliyi ilə baş tutub. Tədbir çərçivəsində qaydalardakı yeniliklər idmançılara praktik nümunələr üzərindən təqdim olunub, müxtəlif epizodlar əsasında hakim qərarlarının formalaşma meyarları geniş şəkildə müzakirə edilib. Seminarın məqsədi yeni tələblərin idmançılar tərəfindən daha düzgün və dəqiq mənimsənilməsini təmin etmək, yarış zamanı yarana biləcək anlaşılmazlıqların qarşısını almaq və taktiki yanaşmanın daha effektiv qurulmasına töhfə vermək olub. Geri qayıt |