Əsas Səhifə > Ölkə idmanı > "Qarabağ"ın Çempionlar Liqasına hazırlıq planı bəlli oldu

"Qarabağ"ın Çempionlar Liqasına hazırlıq planı bəlli oldu


25-05-2018, 21:13


Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olan "Qarabağ” klubunun yay təlim-məşq toplanışının proqramı müəyyənləşib.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv iyunun 13-də Bakıda bir araya gələcək. Paytaxtda bir həftə hazırlıq keçəcək ağdamlılar ayın 20-də Avstriyaya yollanacaq. Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşacaq "Qarabağ”ın orada hansı müddətdə toplanışda olacağı Çempionlar Liqasının püşkünün nəticəsindən asılı olacaq.

Mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq Ağdam klubu ilk oyunu evdə keçirəcəyi halda, iyulun 5-də Bakıya dönəcək. İlk görüş səfərdə olacağı təqdirdə isə komanda Avstriyadan birbaşa qarşılaşacağı rəqibin ölkəsinə üz tutacaq.

Qeyd edə ki, "Qarabağ” son illər yay təlim-məşq toplanışını Kössendə keçir.
Geri qayıt