Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan çempionatı: Kişi boksçuların mübarizəsində yarımfinalçılar, qadınlarda finalçılar müəyyənləşib
Azərbaycan çempionatı: Kişi boksçuların mübarizəsində yarımfinalçılar, qadınlarda finalçılar müəyyənləşibDünən, 20:32 |
![]() Kişi boksçular arasında Azərbaycan çempionatında 1/4 final mərhələsinin görüşlərinə yekun vurulub. BrendSport.az xəbər verir ki, 33 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın 5-ci günündə 23 döyüş baş tutub. Qarşılaşmaların yekununa əsasən son 5 çəkidə də yarımfinalçıların adlarına aydınlıq gəlib. Qələbə qazanan boksçular bununla da ən azı bürünc medalı özləri üçün təmin ediblər. Qadın boksçuların mübarizəsində isə son 2 çəki dərəcəsində finalçılar bəlli olub. 4 döyüşün yekununa əsasən həlledici mərhələyə yüksələnlər dəqiqləşib. Geri qayıt |