Əsas Səhifə > Ölkə idmanı > Misli Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib
Misli Premyer Liqasında XVII turun daha bir oyunu keçirilibBu gün, 16:00 |
![]() Misli Premyer Liqasının XVII turunda daha bir oyun keçirilib. BrendSport.az xəbər verir ki, "Şamaxı" doğma meydanda "Qəbələ"ni qəbul edib. Şamaxı şəhər stadionunda oynanılan görüş qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahibləri 20 xalla 8-ci, qonaqlar isə 11 xalla 10-cu yerdədir. Günün son matçında "Qarabağ" "Azərsun Arena"da "Kəpəz"lə üz-üzə gələcək. Oyun saat 16:30-da start götürəcək. Ağdam klubu 36 xalla 2-ci, Gəncə təmsilçisi isə 9 xalla 11-ci sıradadır. Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" ilə (0:0) bərabər qalıb. Tura yanvarın 25-də yekun vurulacaq. Geri qayıt |