Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Güləş Federasiyası yeni layihəyə başlayıb

Azərbaycan Güləş Federasiyası yeni layihəyə başlayıb


Bu gün, 14:34


Azərbaycan Güləş Federasiyası (AGF) yeni layihəyə start verib.

BrendSport.az
xəbər verir ki, bundan sonra ölkədaxili yarışlardan sonra müxtəlif görüşlərdə qeydə alınmış mübahisəli epizodlara aydınlıq gətiriləcək.

Bu mənada ilk belə yarış yanvarın 7-11-də Bakı İdman Sarayında keçirilmiş yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı olub. Həmin yarışın baş hakimi Asif Şirəliyev bəzi görüşlərdə qeydə alınmış mübahisəli epizodlara aydınlıq gətirib.

Qeyd edək ki, bu layihənin icrasında məqsəd bu sahədə şəffaflığı təmin etmək, güləş qaydaları ilə bağlı maarifləndirməni artırmaqdan ibarətdir. AGF bu istiqamətdə müxtəlif tədbirləri həyata keçirməyi planlaşdırır.
Geri qayıt