Əsas Səhifə > Ölkə idmanı > Voleybol üzrə Yüksək Liqada növbəti oyunlar keçirilib
Voleybol üzrə Yüksək Liqada növbəti oyunlar keçirilibDünən, 20:27 |
![]() Voleybol üzrə Yüksək Liqada növbəti oyunlar keçirilib. BrendSport.az xəbər verir ki, kişilərin yarışında VIII turdan təxirə salınmış bir görüş reallaşıb. Belə ki, "Azərreyl" Fövqəladə Hallar Nazirliyinin idman zalında "Xilasedici"ni 3:0 hesabı ilə məğlub edib. Qadınlarda IX turdan iki oyun baş tutub. "Turan" "Murov Az Terminal"ı "DH Volley" isə "Milli Aviasiya Akademiyası"nı 3:0 hesabı ilə üstələyib. Geri qayıt |