Əsas Səhifə > Ölkə idmanı > Kamandan oxatma üzrə ölkə birinciliyinin və çempionatının ilk mərhələsinin qalibləri bəlli olub

Kamandan oxatma üzrə ölkə birinciliyinin və çempionatının ilk mərhələsinin qalibləri bəlli olub


Bu gün, 16:43


Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) təşkilatçılığı ilə örtülü salonda keçirilən ölkə birinciliyi və çempionatı çərçivəsində iki kateqoriya üzrə mübarizəyə yekun vurulub.

BrendSport.az
xəbər verir ki, gərgin idman rəqabəti ilə yadda qalan yarışların ilk mərhələsində idmançılar U-21 və böyüklər kateqoriyaları üzrə öz məharətlərini nümayiş etdiriblər.

21 yaşadək idmançılar arasında qadınlarda Fatimə Hüseynli qızıl, Aliyə Əliyeva gümüş, Lalə Almas bürünc medal qazanıb. Kişilərin yarışında isə Sərdar Vəliyev, Nurlan Rəhimli, Anar Cavadzadə fərqləniblər.

Böyüklərin mübarizəsində Yaylagül Ramazanova fəxri kürsünün ilk pilləsinə qalxıb. Fatimə Hüseynli ikinci, Dilguşə Sadıqova üçüncü yeri tutub. Kişilər arasında isə Məhəmmədəli Əliyev qızıl, Nurlan Rəhimli gümüş, Hüseyn Məhərrəmov bürünc mükafata sahib çıxıb.

Qaliblərə mükafatları Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov, Gənclər və İdman Nazirliyinin Strateji Təhlil Sektorunun müdiri Ülviyyə Hacıyeva və Azərbaycan Tibb Universitetinin Tədris İdman Mərkəzinin müdiri Qələndər Aslanov təqdim ediblər.




Geri qayıt