Əsas Səhifə > Ölkə idmanı > UEFA nümayəndələri azərbaycanlı hakimlərə seminar keçiblər
UEFA nümayəndələri azərbaycanlı hakimlərə seminar keçiblərBu gün, 15:17 |
![]() Elit kateqoriyalı hakimlərin Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı davam edir. BrendSport.az xəbər verir ki, Hakimlər Departamentinin fitnes bölməsinin rəhbəri, əməkdar məşqçi Namiq Quliyevin rəhbərliyi ilə ümumi fiziki hazırlıq üzrə məşqlər olub, hakimlərin çəki indeksi yoxlanılıb. AFFA-nın dəvəti ilə UEFA Hakimlər Komitəsinin üzvü tərəfindən hakimlər üçün nəzəri və praktiki seminarlar təşkil olunub. Karlos Velasko “Meydanda mövqe seçimi” və “Oyunun idarəolunması” mövzusunda praktiki seminarlar keçib. UEFA-nın fiziki hazırlıq üzrə məsul şəxsi Verner Helsen isə fiziki hazırlıq, praktiki hərəkətlər və qərarvermə mövzularını əhatə edən seminarda çıxış edib. Geri qayıt |