Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Atçılıq Federasiyasında ötən ilin yekunları ilə bağlı tədbir keçirilib
Azərbaycan Atçılıq Federasiyasında ötən ilin yekunları ilə bağlı tədbir keçirilib9-01-2026, 16:23 |
![]() Azərbaycan Atçılıq Federasiyasında 2025-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirilib. BrendSport.az xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafına göstərdiyi dəstəyi xüsusi vurğulayan federasiyanın prezidenti Elçin Quliyev ötən il əldə olunan uğurlar və bu il üçün qarşıya qoyulan məqsədlər barədə danışıb. Gənclər və idman naziri Fərid Qayıbov federasiyanın 2025-ci il ərzində fəaliyyətini yüksək qiymətləndirərək göstərilən diqqətə görə təşəkkürünü bildirib. Federasiyanın baş katibi Emil Seyidov 2025-ci il üzrə fəaliyyətlər, 2026-cı ilin hədəf və planları barədə yekun hesabat verib. Daha sonra əldə olunan nailiyyətlərə görə fərqlənmiş şəxslər və komandalar üzrə mükafatlandırma mərasimi keçirilib. 2025-ci ilin nominasiyaları: İlin ən obyektiv və peşəkar yarış hakimi – Zaur Tahirov; Hakimlik sahəsində uzunmüddətli xidmətə görə – Əli Qasımov; Cıdır yarışları üzrə ilin ən uğurlu jokeyi – Azər Əliyev; Cıdır yarışları üzrə ilin ən yaxşı klubu və Qarabağ atı sahibi – Buta Qolden Atçılıq Klubu; Cıdır yarışları üzrə ilin ən uğurlu Dilbaz atı sahibi – Adil Axundov; Cıdır yarışları üzrə ilin ən yaxşı məşqçisi – Ramiz İbrahimov; Cıdır yarışları üzrə ilin perspektivli gənc jokeyi – Sadiq Azayev; Çövkən üzrə ilin ən peşəkar komandası – Sərhədçi Çövkən Komandası; Çövkən üzrə ilin ən məhsuldar oyunçusu – Rəşad Həsənov; Çövkən üzrə ilin ən perspektivli gənc oyunçusu – Əhməd Abduyev; Konkur üzrə ilin ən uğurlu məşqçisi – Seyid Musayev; Konkur üzrə ilin ən yaxşı idmançısı – Rahib İsmayılov; Konkur üzrə ilin ən uğurlu klubu – Gilan Atçılıq İdman Klubu; Regionlarda yorğa atçılığının inkişafına töhfəyə görə – Elman Allahverdiyev; Yorğa atçılığı üzrə ilin ən yaxşı çaparı – Xəlil Allahverdiyev; Yorğa atçılığı üzrə ilin ən uğurlu at sahibi – İsfəndiyar Rəhimov; Dresaj üzrə ilin ən yaxşı idmançısı – Aydın Əlibəyov; İlin ən fəal baytar həkimi – Məhəmməd Musayev; İlin ən fəal atçılıq media tərəfdaşı – İdman TV; İlin şərhçisi – Fikrət Adıgözəlov; Beynəlxalq arenada uğurlu çıxışlara görə – Sərhədçi Süvari Dəstəsi; Beynəlxalq arenada ilin ən uğurlu süvarisi – Orxan Cəfərov; Beynəlxalq arenada ilin ən uğurlu xanım süvarisi – Elvina Valeşeva; Atçılıq idmanının təbliğində fəal iştirakına görə – Xəyalə Hüseynli; Atçılıq idmanının rəqəmsal platformalarda təşviqinə töhfə – Sirac Bəyəlizadə. ![]()
Geri qayıt |