Əsas Səhifə > Ölkə idmanı > “Bakı–Xankəndi” velosiped yarışına qatılacaq komandaların sayı artıb
“Bakı–Xankəndi” velosiped yarışına qatılacaq komandaların sayı artıb8-01-2026, 18:06 |
![]() Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışına qatılacaq komandaların sayı artıb. BrendSport.az xəbər verir ki, iştirakçılar sırasına Türkiyənin “Sportoto” kontinental komandası əlavə olunub. Bununla da turnirdə çıxış edəcək komandaların sayı 18 ölkədən 1 Dünya Turu, 7 Pro-Tur, 13 kontinental komanda və Azərbaycan yığması olmaqla, 22-yə yüksəlib. Qeyd edək ki, yarış mayın 10-14-də təşkil olunacaq. Geri qayıt |