Əsas Səhifə > Ölkə idmanı > AMADA iki idmançını dopinqə görə cəzalandırıb

AMADA iki idmançını dopinqə görə cəzalandırıb


7-01-2026, 15:39


Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) iki idmançının yarışlarda iştirakına qadağa qoyub.

BrendSport.az
xəbər verir ki, atıcı Rəna Ələsgərova və qol güləşi üzrə idmançı Timoti Lyuis (ABŞ) antidopinq qaydalarını pozduqlarına görə 3 il müddətinə diskvalifikasiya olunublar.

Hər iki idmançının təqdim etdiyi nümunələrdə qadağan edilmiş maddənin mövcudluğu və istifadəsi aşkarlanıb.

Qeyd edək ki, Timoti Lyuis 2025-ci ilin oktyabrında Bakıda keçirilən dünya çempionatında iştirak edib. Həmin vaxt ondan götürülən dopinq analizi müsbət çıxıb.
Geri qayıt