Əsas Səhifə > Ölkə idmanı > “Qarabağ” mövsümün ikinci hissəsinin hazırlığına start verib

“Qarabağ” mövsümün ikinci hissəsinin hazırlığına start verib


3-01-2026, 22:16


“Qarabağ” 2025/2026-cı illər mövsümünün ikinci hissəsinin hazırlığına start verib.

BrendSport.az
xəbər verir ki, bu gün “Azersun Arena”dakı təlim-məşq bazasında bir araya gələn komanda 2026-cı ilin ilk məşqini keçirib.

Ağdam təmsilçisi hazırlıq planının ikinci mərhələsini yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçirəcək. Komanda həmin müddətdə təlim-məşq toplanışını davam etdirəcək.

Toplanış çərçivəsində “Qarabağ” iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi nəzərdə tutulur. Rəqiblərin adları müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, "Qarabağ" yeni ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirəcək.
Geri qayıt