Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan idmançıları Dünya Kubokunda uğurla çıxış ediblər

Azərbaycan idmançıları Dünya Kubokunda uğurla çıxış ediblər


Bu gün, 18:29


Azərbaycan idmançıları Hindistanın Yeni Dehli şəhərində keçirilən zorxana və pəhləvan güləşi üzrə Dünya Kubokunda uğurla çıxış edib.

BrendSport.az
xəbər verir ki, millimiz zorxana üzrə komanda yarışlarında 3-cü yerə layiq görülüb.

Fərdi çıxışlarda Xəyyam Orucov 1 gümüş və 2 bürünc, Rəsul Səfərov və Nihat Qasımov hərəyə 3 bürünc, Tural Allahverdiyev isə 1 bürünc medal qazanıblar. Pəhləvan güləşi üzrə yarışlarda İbrahim Yusubov qızıl, Fərid Qazıyev isə gümüş mükafat əldə ediblər.

Bununla da Azərbaycan komandası Dünya Kubokunu ümumi medal sıralamasında 3-cü pillədə başa vurub.






Geri qayıt