Əsas Səhifə > Ölkə idmanı > “Qarabağ” “Qəbələ”yə, “Araz-Naxçıvan” “Şamaxı”ya qalib gəlib
“Qarabağ” “Qəbələ”yə, “Araz-Naxçıvan” “Şamaxı”ya qalib gəlib21-12-2025, 21:57 |
![]() Futbol üzrə Misli Premyer Liqasında XVI turun daha iki oyunu keçirilib. BrendSport.az xəbər verir ki, "Qarabağ" səfərdə “Qəbələ”yə 2:1, “Araz-Naxçıvan” isə öz meydanında “Şamaxı"ya 2:0 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra Ağdam təmsilçisi 36 xalla 1-ci, Qəbələnin eyniadlı klubu 8 xalla 11-ci, Naxçıvan komandası 26 xalla 6-cı, Şamaxı kollektivi isə 20 xalla 7-ci pillədə qərarlaşıb. Tura dekabrın 22-də keçiriləcək “Sumqayıt” - “Sabah” matçı ilə yekun vurulacaq. Geri qayıt |