Əsas Səhifə > Ölkə idmanı > 12-ci Prezident Kuboku uğrunda çövkən yarışlarının qrup mərhələsi yekunlaşıb
12-ci Prezident Kuboku uğrunda çövkən yarışlarının qrup mərhələsi yekunlaşıbDünən, 21:04 |
![]() Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə dekabrın 20-də Binə Atçılıq Mərkəzində 12-ci Prezident Kuboku uğrunda keçirilən çövkən yarışlarının qrup mərhələsinin son oyunları olub. BrendSport.az xəbər verir ki, qrup mərhələsinin son oyun günündə ilk qarşılaşma “Polad” və “Sərhədçi” çövkən komandaları arasında keçirilib və oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Günün ikinci qarşılaşmasında isə “Elit” çövkən komandası “Buta Golden” komandası üzərində 4:2 hesablı qələbə qazanıb. Keçirilən oyunların nəticələrinə əsasən, A qrupunda “Polad” komandası 1-ci yeri, “Sərhədçi” komandası 2-ci yeri, “Zəfər” komandası isə 3-cü yeri tutub. B qrupunda isə “Elit” komandası 1-ci yerə, “Embawood” komandası 2-ci yerə, “Buta Golden” komandası isə 3-cü yerə layiq görülüb. Yarışın əsasnaməsinə uyğun olaraq, hər qrupdan ilk iki yeri tutan komandalar yarımfinal mərhələsinə vəsiqə qazanıb. Yarımfinal mərhələsində A qrupunun birincisi B qrupunun ikincisi ilə, B qrupunun birincisi isə A qrupunun ikincisi ilə qarşılaşacaq. Məlumat üçün bildirək ki, yarımfinal oyunları dekabrın 22-də saat 15:00-dan etibarən keçiriləcək. “Polad” – “Embawood” və “Sərhədçi” – “Elit” qarşılaşmaları azarkeşlərin diqqət mərkəzində olacaq. 12-ci Prezident Kuboku uğrunda yarışların qalibi dekabrın 24-də saat 15:00-da keçiriləcək final oyununda müəyyənləşəcək. Həmin gün yarımfinal mərhələsində məğlub olan komandalar isə 3-cü yer uğrunda keçiriləcək qarşılaşmada mübarizə aparacaq. ![]() ![]()
Geri qayıt |